İyun 22, 2021 20:26 Asia/Baku
  • Ermənistan
    Ermənistan

Partiyası Ermənistan parlament seçkilərinin ilkin nəticələrinə görə qalib gəlmiş bu ölkənin baş naziri vəzifəsinin icraçısı Ermənistan siyasi böhranını bitmiş adlandırıb, halbuki onun əsas rəqibi deyibdir ki, nəticəni bu ölkənin əsas qanun məhkəməsinə çəkəcək.

Keçən il noyabrın 9-da Ermənistanda başlanmış daxili siyasi böhran başa çatdı. Sabahdan adi qaydada işləyəcəyik,-deyə

Nikol Paşinyan bildirib.

Belə bir halda, Ermənistanın sabiq prezidenti və seçkilərdə Paşinyanın əsas rəqibi olmuş «Ermənistan ittifaqı» qrupunun başçısı Robert Köçaryan bu gün deyibdir ki, bu siyasi ittifaq növbədənkənar 20 iyun seçkilərinin nəticələrini məhkəməyə çıxaracaq.

O, İrəvanda keçirdiyi bir mətbuat konfransında deyibdir ki, seçkilərdə saxtakarlıq olub və dövlət mənbələrindən sui-istifadə edilibdir.

Biz mübarizəni küçəyə çəkmək sahəsində böyük təcrübəyə malikik. Bizim mübarizəmiz olduqca güclü olacaq- Koçaryan vurğulayıb.

 

Teqlər