İyun 25, 2021 15:39 Asia/Baku
  • Fransa prezidenti Qarabağ barədə anormal mövqe sərgiləyib

Fransa prezidenti Qarabağ məsələsi və hüquqi dövlət quruculuğu sahəsində Ermənistana tam dəstək verməyə hazırlığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron Ermənistanın Baş naziri vəzifəsini icra edən N.Paşinyana ünvanlandığı təbrik məktubunda bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənəcəyinə ümid edir.

Makron, həmçinin Fransanın Qarabağ probleminin “Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət” şərtilə həllinə kömək etməyə də hazır olduğunu vurğulayıb. O yazıb ki, regionda siyasi stabilliyin yeganə yolu ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ problemi ilə bağlı nizamlama danışıqlarının bərpasıdır.

Qeyd edək ki, Qarabağ probleminin Ermənistanın ərazi bütövlüyü çərçivəsində həllinə Fransanın necə kömək edə biləcəyi bəlli deyil. Çünki Qarabağ beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyünə aid məsələdir.

Fransa dövlət başçısı bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında yaranmış sərhəd problemləri ilə əlaqədar Azərbaycanı "işğalçı dövlət" adlandırmışdı. 

Teqlər