İyun 27, 2021 15:50 Asia/Baku
  • Rusiya separatçı rejimlə rəsmi İrəvanı qarşı-qarşıya qoyur

Sabiq təhlükəsizlik zabiti bildirir ki, Moskva separatçı rejimlə rəsmi İrəvanı qarşı-qarşıya qoymaqla hər iki tərəfi özündən asılı vəziyyətə salmağa çalışır.

SəhərAzəri-nin məlumatına əsasən, İlham İsmayıl Moderator Portalında yayılan məqaləsində yazır: Son vaxtlar Xankəndində separatçı rejimin başçısı Araik Arutunyanın istefasını tələb edən mitinqlər keçirilir. Qarabağ klanının Xankəndində əsas dayaqlarından hesab edilən Vitali Balasanyan onsuz da təhlükəsizlik şurasının katibi seçildiyi bir gündən bu tələblə çıxış edir. Klan Robert Koçaryanın seçkilərdə Rusiyanın köməyi ilə qalib gələcəyini və tezliklə separatçı rejimin rəhbərliyində dəyişiklik ediləcəyini güman edirdilər, amma Paşinyanın qələbəsi klanın planlarını boşa çıxardı, bununla belə onlar daxili mübarizədən imtina etməyiblər və Qarabağdakı rejimin İrəvanla əlaqələrini kəsmək niyyətindədirlər.

Müəllifin fikrincə, Moskva separatçı rejimlə rəsmi İrəvanı qarşı-qarşıya qoymaqla hər iki tərəfi özündən asılı vəziyyətə salmağa çalışır. Bunun üçün Qarabağdakı idarəetmə sisteminə dəyişiklik etmək ideyalarını indidən gündəmə gətirirlər. B yolla, vaxtilə Serj Sarkisyan tərəfindən yazdırılmış qondarma “Konstitusiya”nı dəyişmək separatçıların gündəmindədir, məqsəd də Nikol Paşinyanın adamı kimi Araik Arutunyanı uzaqlaşdırmaqdır. Parçalanmış Qarabağ separatçılarının, ümumiyyətlə özlərinin dediyi kimi “Qarabağ ermənilərinin yarısı Nikol Paşinyanı, yarısı da Robert Koçaryanı söyür, birlikdə isə rusları tərifləyirlər”.

 

Teqlər