Noy 03, 2021 18:43 Asia/Baku
  • (“3+3”) platformasını praktik müstəviyə keçirməyin vaxtı gəlib çatıb

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova 3+3 platformasının praktik müstəviyə keçirilməsinin vaxtının gəlib çatdığını deyib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib:

Biz Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması”nın (“3+3”) yaradılması ideyasını dəstəkləyirik.

Zaxarova deyib:  “Əlbəttə, hesab edirik ki, bu planı praktik müstəviyə keçirməyin vaxtı gəlib çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu əməkdaşlıq formatında nəzərdə tutulan bütün iştirakçıların maraqlarına cavab verir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi 3+3 platformasının reallaşmasının səmərələrindən danışıb: "Fikrimizcə, bu əməkdaşlıq mexanizminin həyata keçirilməsinə başlanılması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin nizamlanmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxmasına kömək edər."-deyə Mariya Zaxarova bildirib.

" Məsələlər çoxdur. Bu əməkdaşlıq formatı həm köhnə problemlərin, həm də yeni çağırışların həllinə kömək edə bilər və etməlidir”, - Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün səy göstərildiyini də qeyd edib. O, oktyabrın 20-də Moskvada Üçtərəfli İşçi Qrupun 8-ci iclasının keçirdildiyini də xatırladıb: “Xarici işlər və müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə təmaslar davam edir. Biz Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanılması prosesi ilə bağlı problemlərin kompleks həllini görürük. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə də fəal iş aparılır”.

Teqlər