Noy 12, 2021 11:26 Asia/Baku
  • Həmsədrlər təşəbbüskarlığı ələ keçirirlər?

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 11-də bəyanatla çıxış ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: “Noyabrın 10-da həmsədrlər Parisdə ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüblər.

Həmsədrlər sonra Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ilə də birgə görüş keçiriblər. Görüşlərdə həmsədrlər və xarici işlər nazirləri gərginliyin azaldılması ilə bağlı Nyu-York da başlanan danişıqları, gələcək görüşləri və həmsədrlərin regiona mümkün səfərini müzakirə  ediblər.

Həmsədrlər və nazirlər həmçinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrasını da müzakirə ediblər.

Bəyanatda o da qeyd olunur ki, həmsədrlər humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər,  mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişi təsdiqləyəyərək, Azərbaycanla Ermənistanı qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırıblar.

Teqlər