Noy 18, 2021 11:51 Asia/Baku
  • Sülhə doğru atılan addım: İrəvan Rusiyanın təklifini qəbul edir

Ermənistanın baş naziri sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təkliflərini qəbul etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan bununla əlaqədar deyib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir.

Noyabrın 18-də hökumətin iclasında çıxış edən Ermənistan dövlət başçısının sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: “Bunların 3-ü də İrəvan üçün qəbil ediləndir. Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. 

Paşinyan əlavə edib ki, Ermənistanın müdafiə naziri Suren Papikyana Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə təklifin detallarını dəqiqləşdirməyi tapşırıb.

Bu arada Turan Xəbər Agentliyi öz təhlilində bildirib ki, İrəvan Bakı ilə sülh müqaviləsi bağlamaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və sərhədin müəyyən edilməsi məsələsini Qarabağ məsələsindən ayırmağa çalışır. Yəni Qarabağın statusu məsələsi İrəvan və Bakı arasında deyil, ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməlidir. Azərbaycan isə bu yanaşmanı təkzib edir, ərazi bütövlüyü tanınmadan digər məsələlərin həllini qeyri-mümkün hesab edir. 

Teqlər