Kreml Ermınistanın xahişini yerinə yetirir
Rusiya Ermənistan-Türkiyə münasibətlərinin bərpasına kömək edəcək
Rusiyanın XİN sözçüsü bu ölkənin Ermənistan-Türkiyə münasibətlərinin bərpasına kömək edəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək. Rusiya buna kömək etməyə hazırdır.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi sözünə belə əlavə edib: "Ölkəmiz bundan sonra da buna hər cür yardım göstərməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda vəziyyətin ümumi sağlamlaşmasına və mehriban qonşuluq, etimad mühitinin formalaşmasına səbəb olardı ki, bu da indi xüsusilə aktualdır".
Bundan öncə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, erməni tərəfi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına hazırdır və bununla əlaqədar Rusiyanın vasitəçiliyini məqsədəuyğun sayır.