Dek 08, 2021 10:20 Asia/Baku
  • Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana çağırış edib

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycanla bağlı qərarını elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, dekabrın 7-də BMT-nin əsas məhkəmə orqanı sayılan Beynəlxalq Ədalət Məhkəməsi iki iş üzrə: “Ermənistan Azərbaycana qarşı” və “Azərbaycan Ermənistana qarşı”, müvəqqəti tədbirlər haqqında qərar çıxarıb

Birinci halda məhkəmə Azərbaycanı 2020-ci il münaqişəsi ilə bağlı həbsdə qalan bütün şəxsləri zorakılıqdan qorumağa, onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etməyə çağırıb.

Məhkəmə həmçinin məmurlar və dövlət qurumları tərəfindən ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qarşısını almağa və erməni mədəni irsinin qorunması üçün bütün tədbirləri görməyə çağırıb.

İkinci halda məhkəmə qərar verib ki, Ermənistan azərbaycanlılara qarşı təşkilatlar və şəxslər tərəfindən irqi nifrətin qızışdırılması və təbliğatının qarşısını almaq üçün bütün tədbirləri görməlidir.

Məhkəmə Ermənistanın hərbi əsirlərin azad edilməsi və Bakıdakı Qənimətlər Parkının bağlanması tələbini də rədd edib.

Qeyd edək ki, məhkəmənin qərarları məcburidir və şikayət verilmir. 

Teqlər