Dek 15, 2021 19:15 Asia/Baku
  • Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyir

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının regionda ölkələr və xalqlar arasında sağlam mehriban qonşuluq, etimad mühitinin formalaşmasına kömək edəcəyini deyib.

SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə, Mariya Zaxarova ölkəsinin Ankara və İrəvan tərəfindən nümayiş olunan ikitərəfli dialoqa başlamaqla bağlı mövqeni alqışladığını bildrib:”Tərəflərin bu məqsədlə xüsusi nümayəndələr təyin etməsi bizim fikrimizcə, məntiqli və ağıllı addımdır. Biz öz tərəfimizdən bu prosesə hər cür yardım etməyə hazırıq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova dekabrın 10-da Moskvada “3+3” regional əməkdaşlıq formatında keçirilən birinci iclasını xatırladaraq deyib: Fikrimizcə bu format da Ermənistan və Türkiyə arasında yaxınlaşmaya kömək edir.

Mariya Zaxarova bir daha vurğulayıb ki, Rusiya dövləti Türkiyə və Ermənistan tərəfindən atılan qarşılıqlı etimadın yaranmasına kömək edəcək bütün addımları müsbət qiymətləndirir və ona kömək edəcəkdir.

Teqlər