Dek 16, 2021 11:20 Asia/Baku
  • Zaxarova 3+3 formatından və Azərbaycanın Avrasiya İttifaqı ilə əməkdaşlığından danışdı

Rusiya Cənubi Qafqazdakı fəallığına böyük ümid bəsləyir; 3+3 formatı və Avrasiya İttifaqı yeni vasitələrdir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN rəsmisi Ermənistan Türkiyə münasibətlərindən danışıb.    Maria Zaxarova deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regiondakı ümumi vəziyyətin sağlamlaşmasına yardım edəcək. Əlbəttə ki, regionda ölkələr və xalqlar arasında sağlam mehriban qonşuluq, etimad mühitinin formalaşmasına kömək edəcək.  

 M. Zaxarova dekabrın 10-da Moskvada “3+3” regional əməkdaşlıq formatında keçirilən birinci iclasdan da danışıb: “Bu formatdakı görüşdə Ermənistan və Türkiyənin nümayəndələri də iştirak edirdilər. Fikrimizcə, bu format da Ermənistan və Türkiyə arasında yaxınlaşmaya kömək edir. Bir daha qeyd edim ki, biz Türkiyə və Ermənistan tərəfindən atılan qarşılıqlı etimadın yaranmasına kömək edəcək bütün addımları alqışlayacağıq və yardım edəcəyik”.

Rusiya rəsmisi həmçinin Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında dialoqun ticarətə təkan verə biləcəyini söyləyib. "Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlıq ticarət əlaqələrinə, geniş infrastruktur layihələrinin həyata keçirilməsinə təkan verəcəkdir.   

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanın sözügedən təşkilatda müşahidəçi status ala biləcəyi barədə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin fikirlərini şərh edərkən bildirib: “Azərbaycanla qurum arasında istənilən formatda dialoqun inkişaf etdirilməsi qarşılıqlı ticarət əlaqələrin artmasına, regiondakı nəqliyyat yollarının açılmasına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb ola bilər. Bununla belə, birlik çərçivəsində əməkdaşlıq səviyyəsinin artırılmasına dair qərarların bütün üzv dövlətlərin razılığı ilə verildiyi də nəzərə alınmalıdır”, - deyə Zaxarova vurğulayıb.   Bununla da Rusiya XİN nümayəndəsi, təşkilatın inteqrasiya və əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin üzünə açıq olduğunu da əlavə edib. 

Teqlər