Nikol Paşiniyan:
Ermənistan sülh üçün danışıqlaırn başlanmasında maraqlıdır
Cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan onlayn rejimdə mətbuat konfransında etdiyi çıxışında Minsk qrupunun həmsədrlərinin təklifləri çərçivəsində sülh danışıqlarına hazır olduğunu deyib.
SəhərAzəri-nin məlumatına əsasən, Paşinyan deyib:“Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların gündəliyini təklif ediblər. Biz də bunda maraqlıyıq"
Hərtərəfli həll və hərtərəfli sülhün bərqərar olması Ermənistanın ən mühüm məqsədlərindən biridir. O qeyd edib ki, Azərbaycanla bütün hazırkı müzakirələrə məhz bu istiqamətdə baxmaq lazımdır.
Paşiniyan, dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının qeyri-formal görüşü çərçivəsində Azərbaycan prezidenti ilə görüş olacağını bildirib.
Ermənistanın baş naziri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün mümkünlüyünü də bildirib. "Görüş barədə razılaşma yoxdur, lakin danışıqlar uğurla aparılarsa, yüksək və ali səviyyədə görüşlər keçiriləcək", - Paşinyan deyib.
"Ermənistan hər zaman deyirdi ki, ilkin şərt olmadan nizamlanmaya hazırdır, bu o deməkdir ki, soyqırımın tanınması heç zaman şərt kimi qoyulmamalıdır", - Paşinyan qeyd edib. O əlavə edib ki, "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması Ermənistan hökumətinin gündəliyində qalır.