Fev 03, 2022 13:49 Asia/Baku
  • Paşinyan
    Paşinyan

Ermənistanın baş naziri bu ölkə ilə Azərbaycan arasında dəmir yolu xəttinin açılacağına əmin olduğunu bildirib

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib: “Rusiyanın vasitəçiliyilə Ermənistan və Azərbaycan dəmir yolunun tikintisinə və bərpasına çox yaxındır ki, bu da regionda kommunikasiyaların açılması deməkdir.

Onun dediyinə görə, dünən Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov Yerevana işgüzar səfərə gəliblər. “Bununla da kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun ilk əməli nəticəsi çox yaxındadır. Dünənki görüş Yerasx - Culfa - Ordubad - Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanması ilə əlaqədar olub”, - deyə Paşinyan qeyd edib.

Zəngəzur dəhlizi ifadəsindən istifadə etməkdən çəkinən baş nazir sonra deyib: “Bizim ölkəmizin ərazisində dəmir yolu Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək. Hazırda texniki məsələlər, layihənin maliyyələşdirilməsi və işlərin başlanması aspektləri müzakirə olunur”.

Bununla da president İlham Əliyevin təkidlərinə rəğmən, Ermənistan baş nazirinin açıqlamasından aydın olur ki, Sünik bölgəsində dəhlizin yaradılması gündəmdə deyil və Laçın dəhlizinin statusu burada tətbiq olunmayacaq, transit fəaliyyətlərinə isə birbaşa Rusiya nəzarət edəcəkdir.

Öz növbəsində, baş nazirin müavini Mqer Qriqoryan bildirib ki, Ermənistan dəmir yolunun operatoru "Rusiya Dəmir Yolları" şirkəti olacaq.

 

 

Teqlər