İrəvanda Daşnaksütyun Partiyasının tədbiri keçirilib
Paşinyan hökuməti ittiham olunub
İrəvanda bir araya gələn revanşistlər Paşinyanı səriştəsizlikdə ittiham edərək Türkiyə ilə barışmamağı tələb ediblər
SəhərAzəri-nin məlumatına əsasən, fevralın 5-də, Ermənistanda “Daşnaksütyun” Partiyasının 131-ci ildönümünün qeyd edilməsi ilə bağlı rəsmi mərasim keçirilib. Mərasimdə ölkənin eks-prezidentləri Robert Koçaryan, Serj Sarkisyan, keçmiş baş nazirlər, parlamentin vitse-spikeri İşxan Saqatelyan və “Ermənistan”, “Mənim şərəfim” və “Çiçəklənən Ermənistan” müxalifət bloklarından olan deputatlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan hazırkı hakimiyyəti ölkənin uğursuzluğunda ittiham edib. O deyib: “İndiki hakimiyyət bütün sahələrdə uğursuzluğa imza atıb - Qarabağ məsələsində, xarici siyasətdə, təhlükəsizlikdə, müdafiədə, ordu quruculuğunda, iqtisadiyyatda. Onların demokratiya, insan haqları, ədalətli məhkəmə sistemi, seçmək və seçilmək hüququ ilə heç bir əlaqəsi olmadıdlarını artıq sübuta yetiriblər.
Natiq Ermənistan-Türkiyə barışıq prosesinin dayandırılmasını tələb edib və qeyd edib ki, bu, siyasi mübarizənin əsas istiqamətlərindən biri olacaq.
fevralın 5-də, Ermənistanda “Daşnaksütyun” Partiyasının 131-ci ildönümünün qeyd edilməsi ilə bağlı rəsmi mərasim keçirilib. Mərasimdə ölkənin eks-prezidentləri Robert Koçaryan, Serj Sarkisyan, keçmiş baş nazirlər, parlamentin vitse-spikeri İşxan Saqatelyan və “Ermənistan”, “Mənim şərəfim” və “Çiçəklənən Ermənistan” müxalifət bloklarından olan deputatlar iştirak ediblər.