Gürcüstan Aİ-yə üzvlük ərizəsi verir
https://azeri.sahartv.ir/news/qafqaz-i386514-gürcüstan_aİ_yə_üzvlük_ərizəsi_verir
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük ərizəsini imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2022 14:21 Asia/Baku
  • Gürcüstan Aİ-yə üzvlük ərizəsi verir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük ərizəsini imzalayıb.

SəhərAzəri-nin məlumatına əsasən, baş nazir İrakli Qaribaşvili xalqa müraciətində bu günü Gürcüstan üçün tarixi gün adlandırıb: “Aİ-yə üzvlük üçün müraciət etmək Gürcüstanın Avropaya inteqrasiya yolunda mühüm bir addım, tariximizin yeni səhifəsini açan bir mərhələdir”, - İrakli Qaribaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Aİ-yə üzvlük üçün sürətləndirilmiş namizəd statusu almaq məqsədi ilə müraciət sənədini bu gün ittifaqın strukturlarına təqdim edəcək.