Ermənistan Ukrayna müharibəsində iştirak etmir
https://azeri.sahartv.ir/news/qafqaz-i387419-ermənistan_ukrayna_müharibəsində_iştirak_etmir
Ermənistan Müdafiə Nazirliyi bir televiziya kanalının Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə etmək üçün bu ölkənin öz hərbi təyyarələrini Rusiyaya təhvil verməsi ilə bağlı xəbərini təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2022 07:46 Asia/Baku
  • Ermənistan Ukrayna müharibəsində iştirak etmir

Ermənistan Müdafiə Nazirliyi bir televiziya kanalının Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə etmək üçün bu ölkənin öz hərbi təyyarələrini Rusiyaya təhvil verməsi ilə bağlı xəbərini təkzib edib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə yayımlanan “Haber Global TV” anonim türk kəşfiyyat mənbələrinə istinadən Ermənistanın Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə etmək üçün Rusiyaya 4 ədəd “Su- 30” təyyarəsi verdiyini iddia edib.

Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin bütün hərbi təyyarələri ekipajı ilə birlikdə Ermənistandadır və öz vəzifələrini yerinə yetirirlər.

Nazirlik onu da bildirib ki, Ermənistanın Suriyadan yaraqlıları Ukraynaya daşımaq üçün əsas marşrutlardan biri olması ilə bağlı digər iddialar da düzgün deyil.