Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə görüşüblər
Çərşənbə günü Avropa İttifaqı Brüsseldə Ermənistan və Azərbaycanın yüksək vəzifəli rəsmi şəxslərinin görüşünü təşkil edib. Məqsədin iki ölkə arasında bəzi məsələlərin həlli yollarının axtarışını birgə səylərlə fəallaşdırmaq olduğu deyilir.
SəhərAzəri-nin məlumatına görə, Əsasən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə edilib. Bu barədə cümə axşamı Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin məlumatında deyilir.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın iştirakı ilə keçirilib”, - məlumatda deyilir.
Hacıyev və Qriqoryan arasında ayrıca ikitərəfli söhbət də daxil olmaqla, predmetli müzakirələr zamanı iştirakçılar siyasi və təhlükəsizlik sahəsində vəziyyəti, eləcə də 14 dekabr 2021-ci ildə Brüsseldə iki ölkə liderinin və prezident Mişelin görüşü zamanı ələ olunmuş razılaşmalarla əlaqədar Ermənistan və Azərbaycan arasında məsələlərin bütün spektrini nəzərdən keçiriblər.
İştirakçılar ölkələr arasında sülh sazişinin perspektivlərilə bağlı məsələlərin müzakirəsini davam etdirmək üçün yaxın həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.