ABŞ və Ermənistan nüvə əməkdaşlıqları aparacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i388675-abŞ_və_ermənistan_nüvə_əməkdaşlıqları_aparacaq
ABŞ və Ermənistan bazar ertəsi mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 02, 2022 05:58 Asia/Baku
  • ABŞ və Ermənistan nüvə əməkdaşlıqları aparacaq

ABŞ və Ermənistan bazar ertəsi mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

SəhərAzəri-nin TURAN-a istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Memorandumun imzalanmasından əvvəl Dövlət Departamentində görüşəcəklər. Əlavə məlumat verilmir.

Nüvə Anlaşma Memorandumları ABŞ və tərəfdaş ölkə arasında strateji əlaqələri gücləndirən və genişləndirən diplomatik mexanizmlərdir, mülki nüvə enerjisi məsələləri üzrə əməkdaşlıq və hökumət, sənaye, milli laboratoriyalar və akademik qurumların ekspertləri arasında qarşılıqlı əlaqə üçün çərçivə təmin edir.