May 22, 2022 12:31 Asia/Baku
  • Ermənistan XİN: Qarabağ sadəcə bir ərazi deyil

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Dağlıq Qarabağ yalnız ərazi yox, həm də ləyaqətlərinə hörmət tələb olunan insanlardır.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliyanın Turin şəhərində Avropa Şurasının 132-ci Nazirlər Sessiyasında çıxış edən ermənistanlı nazir qeyd edib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması üçün “dərhal həqiqi, konstruktiv” danışıqlara başlamağa hazırdır

Dağlıq Qarabağda 2020-ci ildə baş vermiş 44 günlük müharibəni xatırladan nazir deyib ki, Azərbaycan Qarabağ münaqişəsinin artıq həll olunmasında israr edir və sülhə hazır olduğunu bildirir: “Əgər bu, belədirsə, onda biz nə üçün hərbi əsirlərin qaytarılması, onların dərhal azad edilməsi uğrunda hələ də mübarizə aparırıq?”.

Ararat Mirzoyanı bu tənqidləri səsləndirdikdən sonra bildirib ki, rəsmi İrəvan regionda sülh və çiçəklənmənin bərqərar olması üçün danışıqlar prosesinə sadiqdir.

Mirzioyan bir daha tənzimləmə prosesinə ATƏT-in Minsk qrupu həmsədrlərinin cəlb olunmasının əhəmiyyətini vurğulayıb və deyib ki, Avropa Şurası da öz mandatı çərçivəsində bu prosesə töhfə verə bilər.

Qeyd edək ki, Azərbaycan qonşu ölkə ilə sülh üçün 5 təklif irəli sürüb, Ermənistan bu təkliflərdə problem görmədiyini bildirsə də, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin həllində israrlıdır. Mirzoyan bu barədə deyib ki, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsinin danışıqların gündəliyinə salınması haqda İrəvanın təklifinə cavab vermir.

Teqlər