May 31, 2022 13:40 Asia/Baku
  • “Rusiya və Qərb status məsələsində razılığa gəlməlidirlər”

Erməni politoloq Qərb ilə Rusiyanı Qarabağın statusu məsələsində vahid mövqedən çıxış etməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, armInfo-ya müsahibəsində politoloq Vahram Atanesyan bildirib ki, ATƏT-in Minsk Qrupunun vasitəçiləri Azərbaycanı 25 il ərzində Qarabağın müstəqilliyini tanımağa və ya onun Ermənistana birləşməsinə razılıq verməyə inandıra bilmədiklərindən, Bakının 10 noyabr bəyanatından sonra bununla razılaşacağını təsəvvür etmək mümkün deyil.

Politoloq etiraf edib ki, qərarlar həmişə potensialdan - resurslardan irəli gəlir. Ermənistanın isə minimum resursları ilə Qarabağın statusu ilə bağlı imkan qazanması qeyri-realdır. “Ermənistan əslində, indi "ofsayd" vəziyyətindəyik. Belə olan halda, tərəflərin Qarabağ problemi üzrə müzakirələri “dondurmağa” razı olması yeganə optimal variantdır. Və status məsələsi Rusiya sülhməramlılarının iştirakı şəklində status-kvo olaraq qalmalıdır”, - deyə Atanesyan vurğulayıb.

Onun fikrincə, Qarabağın statusu probleminin yekun həlli uzaq gələcəyin məsələsidir, regional sabitlik və Azərbaycanın siyasi konstruktivliyi bunun üçün məcburi şərtdir. Artsaxın statusu göstərilmədən münasibətlərin normallaşdırılması mümkün olmayacaq.

Politoloq qeyd edib ki, indiki şəraitdə Qarabağın status-kvosunun saxlanmasına razılıq vermək yeganə alternativdir. Bununla belə hazırda soyuq müharibə vəziyyətində olan Rusiya və Qərb bu məsələdə müəyyən razılığa gələ bilər.

Teqlər