Paşinyan bir daha Qarabağın Azərbaycan olduğunu deyib
https://azeri.sahartv.ir/news/qafqaz-i390160-paşinyan_bir_daha_qarabağın_azərbaycan_olduğunu_deyib
“Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və üçüncü prezidenti Serj Sarkisyan, həmçinin onların orbitlərindəki siyasi partiyalar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar”.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 15, 2022 13:27 Asia/Baku
  • Paşinyan bir daha Qarabağın Azərbaycan olduğunu deyib

“Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və üçüncü prezidenti Serj Sarkisyan, həmçinin onların orbitlərindəki siyasi partiyalar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar”.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən,Bundan əlavə o, bildirib ki, danışıqlar prosesinin bütün tarixi ərzində onlar Qarabağ barədə “heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar.

Paşinyan buna sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in ovaxtkı Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib. Həmin sənəddə Qarabağın Azərbaycanla birlikdə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi deyilir. Sənəddə həmçinin Qarabağ sakinlərinin Azərbaycan vətəndaşı pasportu alacaqları da vurğulanıb.

“Bundan Koçaryan, Sarkisyan və Daşnaksütyun partiyasının xəbəri var idi”, - deyə bildirən hökumət başçısı onların Qarabağın Azərbaycanın bir hissəsi olması məntiqi ilə razılaşdığını deyib.