Erməni deputat AŞPA-da Azərbaycanı aşağıladı
“Təcavüzkar müharibə nəticəsində 91 minə yaxın insan deportasiya edilib”
Ermənistan Milli Assambleyasının “Mülki müqavilə” fraksiyasının üzvü Azərbaycanın 44 günlük müharibədə haqlı olduğunu şübhə altına alaraq, erməni separatçılarının qaçqın düşmələri barədə məruzə ilə çıxış edib.
SəhərAzəri-nin məlumatına əsasən, Sona Qazaryan AŞPA-nın plenar iclasında bəyan edib ki, müharibə nəticəsində 88%-i qadın və uşaqlar olmaqla 91 mindən çox insan Qarabağdan Ermənistana deportasiya edilib.
Erməni deputat sözlərini izah edərək belə deyib: "Dövlət proqramı çərçivəsində 2020-ci ilin payızında Qarabağdan didərgin düşmüş qadınların üzləşdiyi problemlər həll olunmaqdadır."
Azərbaycan Respublikasının haqlı savaşını təcavüzkar müharibə adlandıran kinli deputat Sona Qazaryan qeyd edib ki, müharibə COVID-19 epidemiyası zamanı başladı və bununla da qadınlar və qızlar üçün vəziyyət daha da çətinləşdi.