İyun 24, 2022 09:13 Asia/Baku
  • Ermənistana demokratik inkişaf və iqtisadi sabitlik üçün yardım: 120 mln.

Ermənistana 120 mln. dollar yardımın ayrılması barədə Ermənistan hökuməti ilə ABŞ arasında müvafiq əməkdaşlıq sazişi təsdiqlənib.

SəhərAzəri-nin məlumatına əsasən, müqavilə Ermənistanda demokratik islahatlara və iqtisadi sabitliyə dəstək məqsədi daşıyır.

Məlumatda qeyd olunur ki, USAİD-in qrantı çərçivəsində 68 milyon 565 min dollar demokratik islahatlara, 51 milyon 435 min dollar isə iqtisadi sabitlik üçün ayrılmalıdır.

ABŞ hökumətinin bəyanatında deyilir: "Qarabağ müharibəsi və COVID-19-un yaratdığı sarsıntıları, həmçinin 2021-ci ildə ədalətli və şəffaf parlament seçkilərini nəzərə alaraq, Birləşmiş Ştatlar effektiv idarəetmənin təşkilində, demokratik nailiyyətlərin qorunub saxlanılmasında və iqtisadi çağırışların öhdəsindən gəlməkdə Ermənistanı dəstəkləməyə söz verir."

Teqlər