İyun 24, 2022 09:52 Asia/Baku
  • Vaaqn Xaçaturyan: Biz realist olmalıyıq!

Ermənistan prezidenti bəyan edib ki, “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” kimi bəyanatlar heç bir manevr yeri qoymur.

SəhərAzəri-nin məlumatına əsasən, Vaaqn Xaçaturyan Ermənistanın İctimai Televiziyasına müsahibədə müxalifətin Qarabağın heç vaxt Azərbaycanın bir hissəsi ola bilməyəcəyi ilə bağlı çağırışları barədə deyib: “Biz realist olmalıyıq. Bunu bəyan etsəniz, manevr imkanınızı itirmiş olarsınız. Biz siyasət, diplomatiya və populizmlə ictimai bəyanatlar arasında fərq qoymağı bacarmalıyıq. Amma biz bunu etmirik. Biz ölkəyə cavabdeh olan və danışıqlarda iştirak edən insanları sıradan çıxarmamalıyıq. Hər şeyi ictimaiyyətə açıqlamaq lazım deyil”.

Ermənistan prezidenti müxalifət nümayəndələrini ittiham edib ki,  onların bəziləri keçmişdə oxşar vəziyyətlərlə üzləşib və bu baxımdan davranışları suallar doğurur.

Müxalifətlə dialoqun qurulması imkanlarına gəlincə, Xaçaturyan buna hazır olduğunu bildirib. "Amma bir şərtlə ki, bu, sivil dildə, sivil dialoq olsun", - deyə Xaçaturyan əlavə edib ki, müxalifət əvvəldən dialoqa başlamaqdan imtina edir.

Teqlər