İyun 28, 2022 09:44 Asia/Baku
  • Paşinyan və Putin MQ-nin həmsədrliyinin vacibliyini təsdiqləyiblər

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, Paşinyan və Putin MQ-nin həmsədrliyinin vacibliyini təsdiqləyiblər.

SəhərAzəri-nin məlumatına əsasən, Vahan Hunanyan öz fikirlərini izah edərkən, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin tərəfindən aprelin 29-da imzalanan birgə bəyanatın 24-cü bəndini xatırladıb. Bəyanatda liderlər Rusiya sülhməramlı qüvvələrinin Qarabağda təhlükəsizliyin təmin edilməsində həlledici töhfəsini vurğulamaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik həllində ATƏT-in Minsk Qrupu həmsədrlərinin potensialından və təcrübəsindən istifadə edilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

XİN mətbuat katibi qeyd edib ki, 2022-ci ildə Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidenti Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Rusiya sülhməramlı qoşunlarının Dağlıq Qarabağın təhlükəsizliyinin təmin edilməsində, əhalinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasında həlledici töhfəsi vurğulanıb. Təcili humanitar məsələlərin və Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yolla həllinin zəruriliyinə təkid edilib. Bu kontekstdə onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq mandatına uyğun olaraq onun potensialından və təcrübəsindən istifadənin vacibliyini bir daha təsdiqləyiblər”,- deyə Vahan Hunanyan vurğulayıb.

Teqlər