İyun 28, 2022 10:43 Asia/Baku

Ermənistanın baş naziri onlayn mətbuat konfransında bəyan edib ki, onun ölkəsi demarkasiya-delimitasiya prosesində iştirakdan çəkinmir.

 

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan bu haqda deyib: "son vaxtlar Azərbaycan nümayəndələri belə bir fikir yaratmağa çalışırlar ki, guya Ermənistan Respublikası demarkasiya və sərhəd təhlükəsizliyi komitəsinin işini təxirə salmağa çalışır. Halbuki may ayında Ermənistan Respublikası iki dəfə hazır olduğunu bildirib. Hətta sərhədin mühafizəsi və sərhəd təhlükəsizliyi üzrə birgə komissiyanın iclasının başlanması ilə bağlı ilkin razılıq da var. Həmin görüş Azərbaycan tərəfindən iki dəfə ləğv edilib və ya təxirə salınıb”.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif mövzularda danışmaqdan imtina edir və Ermənistanı danışmaqdan imtina etməkdə ittiham edir.

Paşinyan rəsmi Bakını ittiham edib ki, Azərbaycan belə addımlarla Ermənistana qarşı yeni müharibənin legitimliyini toplamağa çalışır.

Teqlər