Ermənistan-Türkiyə danışıqları daha sürətlə davam etdirilir
https://azeri.sahartv.ir/news/qafqaz-i390950-ermənistan_türkiyə_danışıqları_daha_sürətlə_davam_etdirilir
Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün siyasi iradə və real addımlar lazımdır.Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 09, 2022 08:10 Asia/Baku
  • Ermənistan-Türkiyə danışıqları daha sürətlə davam etdirilir

Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq üçün siyasi iradə və real addımlar lazımdır.Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsində deyib.

SəhərAzəri-nin məlumatına əsasən,Morzoyan, iki ölkənin xüsusi nümayəndələr təyin etdiyini, şərt irəli sürmədən ölkələrin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına yönəlik proseslə bağlı 4 görüşün keçirildiyini xatırladıb.

“Prosesə pozitiv dinamika vermək üçün Türkiyə XİN başçısının təklifini qəbul edərək Antalyada keçirilən diplomatik foruma qatıldım və onunla forum çərçivəsində görüşdüm”, - Mirzoyan əlavə edib.

Xatırladaq ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan sonuncu dəfə iyulun 1-də Vyanada görüşüblər.