İyul 29, 2022 14:59 Asia/Baku
  • Mirzoyan: ATƏT Minsk Qrupu vacib formatdır

ATƏT Minsk Qrupunun rusiyalı həmsədri və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Qarabağ münaqişəsi ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər. 

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 28-də ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və Qarabağ münaqişəsi ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub.

Nazir Mirzoyan ATƏT-in Minsk Qrupunun həmsədrləri formatının və onun beynəlxalq mandatına uyğun olaraq sözü gedən qrupun təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Ermənistan hökumətindən fərqli olaraq, rəsmi Bakı Munsk Qrupuna artıq etibar etmir və onun vasitəçiliyinə də ehtiyac qalmadığını bildirir.

Teqlər