Ermənistanın Qafan şəhərinə İran tərəfindən baş konsul təyin edilib
https://azeri.sahartv.ir/news/qafqaz-i392099-ermənistanın_qafan_şəhərinə_İran_tərəfindən_baş_konsul_təyin_edilib
İran Abidin Vəramini Ermənistanın Qafan şəhərinə baş konsul təyin edib və baş konsul Ermənistana gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2022 06:48 Asia/Baku
  • Ermənistanın Qafan şəhərinə İran tərəfindən baş konsul təyin edilib

İran Abidin Vəramini Ermənistanın Qafan şəhərinə baş konsul təyin edib və baş konsul Ermənistana gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Ermənistandakı səfirliyi məlumatı təsdiqləyib və bu barədə əlavə məlumatın daha sonra veriləcəyini bildirib.

2021-ci il dekabrın sonunda İran hökuməti Xarici İşlər Nazirliyinin təklifini bəyənərək Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması barədə qərar qəbul edib.

Daha əvvəl bildirilmişdi ki, İranın Qafandakı Baş Konsulluğu böyük ehtimalla 2022-ci ildə açılacaqdır.