Avq 15, 2022 18:08 Asia/Baku
  • Mərkəzi Asiyada ən ir məscidin açılışı olub

Qazaxıstanın paytaxtı Nursultan şəhərində Mərkəzi Asiyada ən ir məscidin açılışı olub.

SəhərAzəri-nin məlumatına əsasən, On hektarlıq bir ərazidə salınan bu məsciddə 235 min müsəlman namaz qıla bilər. Bu məscid dünyada mövcud olan on böyük məsciddən biri sayılır.

Məscidin üzərində doxsan metrlik mərkəzi günbəz, həmçinin səkkiz ədəd daha kiçik günbəz yerləşir. Günbəzlə göy rəngdədirlər.

Məscidin ətrafını 130 metrlik hündürlüyə malik dörd minarə əhatə edibdir.

Qazaxıstanın on doqquz milyon nəfərlik əhalisinin təxminən yetmiş faizini müsəlmanlar təşkil edirlər. Onların əksəriyyəti, sünni əhlinin Hənəfi cərəyanının davamçılarıdır.

 

Teqlər