Avq 30, 2022 12:37 Asia/Baku
  • Ermənistan hökuməti Minsk Qrupuna minnətdarlığını bildirdi

Ermənistan Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərinin Şuşaya getməməsini yüksək qiymətləndirir.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Azərbaycan hökumətinin Şuşaya səfər etmə dəvətini rədd edən Fransa və ABŞ səfirlərinin mövqeyini yüksək qiymətləndirir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Armenpress”in sualına cavab olaraq bildirib.

“Biz Dağlıq Qarabağa birtərəfli səfərlərin yolverilməzliyi ilə bağlı mövqeyimizi bir daha təsdiq edirik. Biz əminik ki, Dağlıq Qarabağ əhalisi beynəlxalq əməkdaşlıq və dəstək proqramlarına cəlb edilməlidir. Eyni zamanda, biz münaqişəni dərindən dərk edərək belə birtərəfli aksiyada iştirakdan imtina edən ölkələrin mövqeyini yüksək qiymətləndiririk”,- deyə Vahan Hunanyan qeyd edib. 

Teqlər