Lavrov Cənubi Qafqazdakı nəqliyyat layihələrindən danışdı
https://azeri.sahartv.ir/news/qafqaz-i392726-lavrov_cənubi_qafqazdakı_nəqliyyat_layihələrindən_danışdı
Rusiyanın xarici işlər naziri bilirib ki, Bakı və Moskva razılaşmalar əldə edilməsi məsələsində irəliləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2022 17:59 Asia/Baku
  • Lavrov Cənubi Qafqazdakı nəqliyyat layihələrindən danışdı

Rusiyanın xarici işlər naziri bilirib ki, Bakı və Moskva razılaşmalar əldə edilməsi məsələsində irəliləyiblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov deyib: "Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupu Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələsi üzrə razılaşmaların əldə edilməsində xeyli irəliləyiş əldə edib.

Rusiyalı nazirin sözlərinə görə, qrup Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı görüşlərə paralel olaraq ritmik işləyir.

“Üçtərəfli 10 noyabr 2020-ci il tarixli qərarı ilə yaradılan işçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, onlar çox yaxın vaxtlarda tamamlanacaq. Ən əsası odur ki, bu iş vakuumda, təcrid olunmuş şəkildə deyil, daha geniş nəqliyyat layihələri, o cümlədən iranlı tərəfdaşlarımızın da maraqlı olduğu “Şimal-Cənub” dəhlizi layihəsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir”, - deyərək o, qeyd edib.