Sen 13, 2022 15:16 Asia/Baku
  • “Sərhəddəki vəziyyətin həlli mexanizmi işə salınır”

KTMT Ermənistanın yardım xahişindən sonra sərhəddəki vəziyyətin həlli mexanizminin işə salınması proseduruna başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, KTMT-nin bəyanatında deyilir: “2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan arasında ağır silahlar və PUA-ların tətbiqi ilə ağır döyüşlər olub. Biz güc tətbiqini yolverilməz hesab edirik. Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında təsbit olunmuş razılaşmalar və mübahisələrin həlli üçün yalnız siyasi-diplomatik üsullardan istifadə edilməlidir”.

Təşkilat ölənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Bəyanatda Azərbaycana qarşı hansısa ölçünün götürülməsi barədə bir şey deyilmir.

Teqlər