Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına şərt qoydu
https://azeri.sahartv.ir/news/qafqaz-i393157-paşinyan_azərbaycanın_ərazi_bütövlüyünün_tanınmasına_şərt_qoydu
Ermənistanın baş naziri sərt açıqlama verdi: Əgər Azərbaycan inadkar prinsipini rəhbər tutmalıdırsa, onun sərhədi dayandığı yerdədirsə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2022 07:36 Asia/Baku
  • Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına şərt qoydu

Ermənistanın baş naziri sərt açıqlama verdi: Əgər Azərbaycan inadkar prinsipini rəhbər tutmalıdırsa, onun sərhədi dayandığı yerdədirsə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab ərzində deyib: "Azərbaycanlılar əgər keçmiş Sovet İttifaqının sərhədində olduğu yerdə dayanacaqlarsa, Ermənistan o zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq."

O qeyd edib: "Azərbaycan deyir: ərazi bütövlüyünü qarşılıqlı tanıyaq. Deyirik ki, bununla razıyıq, tanıyırıq, amma işğal etdiyiniz əraziləri, Verin Şorja və sairədın çıxın! İndi əgər Azərbaycan deyirsə ki, onun ərazisidir, onda biz onun ərazi bütövlüyünü tanımırıq, çünki bu, bizim ərazimizdir, mübahisəli ərazi deyil. Əgər Azərbaycan, məsələn, onun işğal etdiyi ərazilərin Azərbaycanın ərazisi olduğunu hesab edəcəksə, onda biz Azərbaycanın ərazi bütövlüyünü tanımayacağıq."

Paşinyan sonra deyib: "Biz sülh sazişi, demarkasiya, delimitasiya imzalamağa hazırıq. Amma Azərbaycan hansısa yerə girib ərazi bütövlüyünü tanıyacağını deyirsə, o prinsipə əsaslanırsa, biz onun ərazi bütövlüyünü tanımırıq. , çünki əslində o da bizim ərazi bütövlüyümüzü tanımır”, – deyə baş nazir bildirib.

Daha sonra Paşinyan sözlərini belə yekunlaşdırıb. “Ermənistan Sovet Sosialist Respublikasının konkret ərazisi var, əgər Azərbaycan həmin ərazinin, respublikamızın ərazi bütövlüyünü tanıyırsa, mən bu gün o əsasda razılığa gəlməyə razıyam”.