Sen 16, 2022 10:33 Asia/Baku
  • Azərbaycanla Ermənistan arasındakı məsələ ilə Blinken şəxsən məşğul olacaq

ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

SəhərAzəri-nin “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays açıqlama verib.

Prays telefon danışığının sentyabrın 15-də baş tutduğunu deyib.

Telefon danışığında Entoni Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı brifinqdə suala cavab verərkən Azərbaycan və Ermənistan tərəflərinin atəşkəs rejiminə əməl etməsini alqışlayın.

“Biz tərəfləri hərbi əməliyyatları dayandırmağa, hərbi qüvvələrin çəkilməsinə və Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələlərin sülh danışıqları yolu ilə həllinə çalışmağa çağırırıq. Gücdən istifadə heç vaxt məqbul yol deyil”,- Ned Prays deyib.

Ned Prays dövlət katibi Entoni Blinkenin və digər ABŞ diplomatlarının regionda vəziyyəti diqqətlə izlədiyini deyib.

“Dövlət katibi bir neçə gün əvvəl hər iki liderlə danışıb. Mən ümid edirəm ki, onun yenidən liderlərlə danışmaq imkanı olacaq. O, şəxsən bu məsələyə diqqət ayırır və bundan sonra da buna davam edəcək”.-Ned Prays deyib.

 

Teqlər