Nensi Pelosi Ermənistana gəlir
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftəsonu Ermənistana səfər edəcək. Bu barədə dünən Amerikanın “Politico” qəzeti məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, “Politico” qəzeti bildirir ki, Pelosinin İrəvanda baş nazir Nikol Paşinyan, eləcə də digər respublika rəsmiləri ilə görüşü gözlənilir.
Nəşrin məlumatına görə, Nümayəndələr Palatasının erməni əsilli üzvü Ceksi Spir də Pelosi ilə birlikdə səfərə yollanacaq.
Turan informasiya agentliyi isə bildirir ki, bu xəbər agentliyinin müxbiri Nensi Pelosinin Ermənistana gözlənilən səfəri barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysa sual verib.
Turan bildirir ki, Prays bu xəbər agentliyinin müxbirinin sualında qeyri-müəyyən cavab verib: "Mən spikerə gedə biləcəyi istənilən səfərə getmək imkanı verərdim". ABŞ sistemində Konqres hakimiyyətin müstəqil qoludur və spiker Pelosi, eləcə də Konqresin digər üzvləri xaricə səfərləri haqqında qərarlarını özləri qəbul edirlər.
Turanın müxbiri Nensi Pelosinin ofisinə də onun Ermənistana səfəri barədə sorğu ünvanlayıb. Sorğuya belə cavab veriblər: "Biz beynəlxalq səfərlər haqqında məlumatları əvvəlcədən nə təsdiq, nə də təkzib edirik"