Sen 20, 2022 11:17 Asia/Baku
  • KTMT Ermənistan-Azərbaycan sərhədində yalnız gərginliyi azaldır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin bu ölkədəki missiyası qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlərə dair təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib.

Bildirilir ki, konstruktiv fikir mübadiləsi aparılıb. Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.

Anatoli Sidorov Ermənistan - Azərbaycan sərhəddindəki genişmiqyaslı döyüşlərin ardından Ermənistanın təşkilatdan hərbi yardım istəməsindən sonra KTMT Birləşmiş Qərargahının rəhbəri kimi Ermənistana gəlib. 

Ermənilər KTMT-ni səriştəsizlikdə və Azərbaycana tutarlı cavab verməməkdə ittiham edirlər. 

Teqlər