Sen 29, 2022 12:38 Asia/Baku
  • Paşinyan silah tədarükü məsələsində müttəfiq ölkələrdən gileylənib

Ermənistanın baş naziri silah tədarükü məsələsində müttəfiq ölkələrdən gileylənib. Hindistan

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan deyib: "Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Halbuki bunun üçün ilkin sifariş verilmişdi."

Baş nazir əlavə edib: "Yüz milyonlarla dollar ödənilib, lakin tədarük öhdəlikləri müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik".

Onun sözlərinə görə, bu, yalnız bir məqsədlə həyata keçirilir - Ermənistanın suverenlikdən, dövlətçilikdən, ərazi bütövlüyündən əl çəkməsi: “Ancaq vurğulamaq istəyirəm ki, bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi və suverenliyimizi müdafiə etməkdə qətiyyətliyik”, - deyə Paşinyan qeyd edib. 

Bu arada Ekonomik Tayms” nəşri məlumat yayıb ki, Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah və sursat göndərəcək.

Qeyd olunur ki, sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Müqavilələrin dəyəri açıqlanmayıb, lakin məlumata görə, 20 milyard rupidən danışmaq olar ki, bu da dollarla hesablandıqda 244 milyondan çoxdur.

Bildirirlər ki, sifariş yerli istehsal olan “Pinaka” raket sistemlərinin ilk ixracını əhatə edir.

Həmçinin, razılaşmanın bir hissəsi olaraq Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək.

Hərbi analitiklər bildirirlər ki, bu vaxtadək Rusiya Ermənistanın silah və hərbi texnkaya olan ehtiyaclarını təmin edirdi, Ukrayna müharibəsi isə tədarükün davam etməsinə və Rusiyadan müttəfiq ölkələrə hərbi texnikanın ixracatına imkan vermir. Ona görə də rəsmi İrəvan digər silah ixracatçılarına üz tutub. 

Teqlər