Ermənistan parlamentinin sədri Rusiya Dövlət Dumasının sədrinə ultimatum verib?
Alen Simonyan: Ermənistanın səbri tükənir!
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Dövlət Dumasının sədri ilə görüşdə bildirib ki, İrəvanın təhlükəsizliklə bağlı uzunmüddətli həllər üçün vaxtı yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 10-da Moskvada Rusiya Dövlət Dumasının sədrinin qəbulunda olub.
Simonyan bu görüşdə deyib ki, Ermənistan-Rusiya müttəfiqlik qarşılıqlı tərəfdaşlığı iki ölkənin xalqları arasında tarixən formalaşmış dostluğa əsaslanır.
Azərbaycanla Ermənistan arasındakı silahlı toqquşma görüşdə müzakirə olunan əsas məsələlərdən biri olub.
Simonyan bu haqda qeyd edib: “Bizim Moskvaya səfərimiz Ermənistan üçün çətin bir dövrdə baş verir. Artıq məlum olduğu kimi, sentyabrın 13-dən Azərbaycan Ermənistanın suveren ərazisinə qarşı təcavüzün yeni mərhələsinə başlayıb. Azərbaycan silahlı qüvvələri bir neçə istiqamətdə təkcə erməni hərbi mövqelərini deyil, Ermənistan ərazisinin dərinliklərində yerləşən mülki infrastrukturu da intensiv atəşə tutub. Bu, ağrılı faktdır: 207 itki və yaralımız var”, - deyən parlamentin sədri iddia edib ki, Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə genişmiqyaslı hücumunu MDB məkanında işğalçılıq məqsədləri olan təhlükəli tendensiyadır. Bu baxımdan KTMT-nin fəaliyyətini şərh edən Alen Simonyan bildirib ki, təşkilat üzvlərindən birinə qarşı təcavüzə operativ və effektiv cavab verə bilməyib. Ona görə də Ermənistanın təhlükəsizliklə bağlı uzunmüddətli həll yolları üçün vaxtı yoxdur.