Avropa İttifaqı İrəvanın istəyini yerinə yetirir?
Artıq Aİ-nin Ermənistana faktaraşdırıcı missiya göndərmək qərarı var
Okt 13, 2022 12:33 Asia/Baku
Ermənistanın xarici işlər naziri Rusiyanın xarici işlər naziri ilə görüşündə bildirib ki, Avropa İttifaqının artıq Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək qərarı var.
SəhərAzəri-nin məlumatına əsasən, Ararat Mirzoyan deyib: “Fransa Prezidenti Emmanuel Makron ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ba haqda razılığı var və Aİ faktları öyrənmək üçün Ermənistana missiya göndərəcək, bundan sonra onlar bəyanat verəcəklər.”
Onun sözlərinə görə, Avropa İttifaqı artıq faktaraşdırıcı missiya göndərmək qərarına gəlib.