Ziddiyyətlər diplomatik yolla həll olunsun!
https://azeri.sahartv.ir/news/qafqaz-i394514-ziddiyyətlər_diplomatik_yolla_həll_olunsun!
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin diplomatik vasitələrlə həllinin lehinə çıxış edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2022 04:48 Asia/Baku
  • Ziddiyyətlər diplomatik yolla həll olunsun!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin diplomatik vasitələrlə həllinin lehinə çıxış edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə KTMT-nin saytında təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunlarına dair dərc olunmuş məlumatda deyilir.

KTMT-dən bildiriblər: “Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub”.