Noy 15, 2022 07:00 Asia/Baku
  • Armen Qriqoryan: Qarabağ problemi həll edilmədən sülh müqaviləsi bağlana bilməz

Ermənistan Təhlükəsizlik Şurasının katibi ölkəsinin Qarabağ məsələsində güzəştə getməyəcəyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan deyib: “Ermənistanla Azərbaycan arasında 4 böyük mövzu var ki, onlar da öz növbəsində alt mövzulara bölünür: Birincisi, humanitar məsələlər, bütün əsirlərin tezliklə azad edilməsi, ikincisi, nəqliyyat yollarının açılması, daha sonra delimitasiya, sərhədlərin təhlükəsizliyi və Dağlıq Qarabağ probleminin həlli üzrə komissiyaların işidir. Təbii ki, danışıqlarda Qarabağ məsələsi müzakirə olunur, biz irəliləyişlə bağlı mümkün həll yollarını axtarırıq”.

Erməni rəsminin sözlərinə görə, Qarabağ problemini həll etmədən, heç olmasa Qarabağ probleminin necə həll olunacağına aydınlıq gətirmədən sülh müqaviləsi bağlamaq mümkün deyil. Qarabağ problemindən yan keçmək mümkün deyil, bu, bütün iclaslarda müzakirə olunur və gündəmdədir.

Görünür, rəsmi Bakı Qarabağ münaqişəsini nə qədər bitmiş hesab etsə və Qarabağın statusunun gorbagor olduğunu desə də, Ermənistan öz mövqeyində israrlı qalır və geri çəkilmək istəmir.

Teqlər