Qarabağ erməniləri Bakının tələbini rədd edir
"“DQR”-nin münaqişə tərəfi statusunu ləğv etmək cəhdləri qəbuledilməzdir"
Noy 19, 2022 12:23 Asia/Baku
Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Azərbaycanın separatçı rejimin münaqişə tərəfi statusunu ləğv etmək və danışıqları “Qarabağda yaşayan ermənilərlə söhbət” kimi təqdim etmək cəhdlərini qəbuledilməz qiymətləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda deyilir: “Azərbaycan-Qarabağ münaqişəsinin həllinin zəruri və əsas komponentlərindən biri danışıqların tam formatı, eləcə də bu çərçivədə aparılan müzakirələr və görüşlərdir. Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ən yaxşı platforma ATƏT-in Minsk Qrupu formatıdır”.
Qondarma rejim hesab edir ki, istənilən müzakirələr yalnız beynəlxalq səviyyədə razılaşdırılmış format çərçivəsində keçirilsə, məqbul olacaqdır.