Dek 06, 2022 14:42 Asia/Baku
  • Lavrov: İrəvan-Bakı sülh müqaviləsi Alma-Ata bəyannaməsinə əsaslanacaq

Rusiyanın xarici işlər naziri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanacağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı Sergey Lavrov bildirib ki, Rusiya sülh müqaviləsi layihəsini hələ bu ilin əvvəlində tərəflərə təqdim edib və bu, ümumilikdə müsbət reaksiya alıb. Bununla belə, Ermənistan və Azərbaycan tərəfləri də Rusiya layihəsi ilə bağlı öz təkliflərini təqdim ediblər.

Lavrov əlavə edib: “Biz əvvəlki kimi dəstək verməyə hazırıq, lakin burada əsas prinsipial məsələlərin həlli çox vacibdir. Bu baxımdan, oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıq, əlbəttə ki, çox vacibdir, çünki onlar bütün məsələləri BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsi əsasında həll etmək əzmlərini təsdiqlədilər”.

 

Teqlər