Dek 19, 2022 17:58 Asia/Baku
  • Vardanyan erməniləri mübarizəyə çağırır

4-cü aydır ki, Azərbaycan ərazisində ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğul olan rusiyalı erməni milyarderi Ruben Vardanyan dünən Azərbaycan Respublikasının Tərtər rayonunun Ağdərə şəhərində və Xocavənd rayon mərkəzində sakinlərlə görüşlər keçirib.

Bu haqda Xankəndi və İrəvandakı erməni mənbələri məlumat yayıb.

Ağdərə şəhərində bir qrup sakin qarşısında çıxış edən  separatçı rejimin "dövlət naziri" Vardanyan  Azərbaycanın Laçın yolunu bağlı saxladığı bir şəraitdə Qarabağdakı haykların iki yolu olduğunu bildirib.( “ya təslim olmaq, ya da mübarizə, müharibə aparmaq”)

 O, soydaşlarını mübarizəyə səsləyərək “Azərbaycana qarşı savaş aparmaq üçün birləşmək” lazım olduğunu vurğulayıb...

Vardanyan Tərtər və Kəlbəcər rayonları ərazisindəki rəsmi Bakının monitorinqini tələb etdiyi Qarabağdakı əsas mədənlərdən birində - “Dəmirli”də də olub və həmin mədənləri istismar edən “Base metal”  şirkətinin əməkdaşları və fəhlələriylə görüşüb...

Daha sonra R.Vardanyan Xocavənd şəhərinə yollanıb. Oradakı hayklar qarşısında çıxış edən Vardanyanın əsas tezislərindən biri bu olub: “Azərbaycanlılar anlamadı ki, bu blokada ilə -Laçın yolunu bağlamaqla bizi daha da birləşdirirlər”... O, vurğulayıb ki, "biz situasiyanı sıfırlamışıq və səhvlərimizi düzəldərək mübarizəyə yenidən başlamalıyıq..."

Xatırladaq ki, R.Vardanyan bundan öncə dekabrın 16-da ertəsi gün noyabrın 17-ə Xankəndində təyin etdiyi  kütləvi mitinqi təxirə salıb və “bölgələrə gedərək insanlarla görüşüb məsləhətləşməyin vacib olduğunu” bildirib.

Onun mitinqi təxirə salıb ermənilərlə görüşlər təşkil etməsinin mitinqə daha çoxlu sayda adam cəlb etmək məqsədi güddüyü barədə ehtimallar səsləndirilir.

 

Teqlər