Dek 22, 2022 17:54 Asia/Baku
  • Paşinyan: Təkliflərimiz artıq rəsmi Bakının diqqətinə çatdırılıb

Ermənistanın baş naziri bəyan edib ki, onun ölkəsi Azərbaycan Respublikasına sülh müqaviləsi təklifini çatdırıb, müsbət cavab gözləyir

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib ki, bu məzmunda onu imzalamağa hazırdır və Azərbaycanın da buna reaksiyası müsbət olmalıdır.

O əlavə edib ki, Ermənistan hələ bir neçə ay əvvəl delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı təkliflərini Azərbaycanın diqqətinə çatdırıb, lakin indiyədək heç bir cavab verilməyib.

Onun sözlərinə görə, təkliflərə Ermənistanın işğal olunmuş əraziləri ilə bağlı məsələnin həlli də daxildir. Azərbaycan Ermənistanın suveren ərazilərinin işğalına son qoymalı və öz qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmalıdır.

 

Teqlər