Rəsmi İrəvan beynəlxalq ictimaiyyətdən kömək istədi
BMT, ATƏT və Minsk Qrupunu Laçın dəhlizinə missiya göndərsin!
Ermənistan hökuməti BMT, ATƏT və ATƏT-in Minsk Qrupunu Laçın dəhlizinə missiya göndərməyə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib ki, Laçın dəhlizinin öz normal məcrasına qayıtması üçün rəsmi İrəvan bütün imkanlarından istifadə edir.
Qriqoryan BMT Təhlükəsizlik Şurasının iclası zamanı verilən bəyanatları xatırladıb və qeyd edib ki, biz bu istiqamətdə işi davam etdirməliyik və hazırda Ermənistan hökuməti Laçın dəhlizi məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətlə işləyir.
İrəvanın BMT Təhlükəsizlik Şurasından gözləntilərindən danışan Qriqoryan əlavə edib: “Biz bütün mümkün vasitələrlə BMT Təhlükəsizlik Şurasının strukturu çərçivəsində iş aparmağa çalışırıq. “Ermənistan istər BMT, istər ATƏT, istərsə də ATƏT-in Minsk Qrupunu Laçın dəhlizinə missiya göndərməyə çağırır ki, bu vəziyyət həll olunsun”.