“Biz bundan sonra da Ermənistanın yanında olacağıq”
https://azeri.sahartv.ir/news/qafqaz-i397487-biz_bundan_sonra_da_ermənistanın_yanında_olacağıq
Fransa prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Ermənistanın və bu ölkənin baş naziri Nikol Paşinyanın yanında olmağa davam edəcəyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2023 13:19 Asia/Baku
  •  “Biz bundan sonra da Ermənistanın yanında olacağıq”

Fransa prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Ermənistanın və bu ölkənin baş naziri Nikol Paşinyanın yanında olmağa davam edəcəyini açıqlayıb.

SəhərAzəri-nin ARMENPRESS-ə istinadən məlumatına əsasən,, Makronun çıxışının əsas hissəsi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olub, lakin Fransa lideri Cənubi Qafqazdakı vəziyyətə də toxunub.

"Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos yayan qüvvə olduğunu izah etmək, aydınlaşdırmaqdır”- deyə Makron qeyd edib.

O sonra deyih: “Neokolonial Rusiya tərəfindən Qafqazın çətinliklərinin öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dostum, baş nazir Nikol Paşinyanın yanında deyirəm, onunla dayanıb hərəkət etməyə davam edəcəyik”.