Mart 09, 2023 17:03 Asia/Baku
  • Paşinyan: Laçın dəhlizində baş verən hadisə terror aktıdır

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, martın 5-də Laçın dəhlizində baş verən hadisə terror aktıdır.

SəhərAzəri-nin məlumatına əsasən, o, deyib: “Azərbaycan prezidenti Münhendə qəbul etmişdi ki, beynəlxalq müqaviləyə əsasən, onlar Dağlıq Qarabağ ermənilərinin nümayəndələri ilə öz hüquqlarının təhlükəsizliyini müzakirə etməlidirlər. Martın 1-də Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı qərargahında erməni və Azərbaycan nümayəndələrinin ilk görüşü baş tutdu və həmin görüşdən 4 gün sonra Azərbaycan bu təxribata əl atdı, bunu terror aktından başqa heç nə adlandırmaq olmaz”.

Baş nazir qeyd edib ki, həmin terror aktı zamanı Dağlıq Qarabağda doğulmuş, Dağlıq Qarabağda ailəsi və uşaqları olan 3 vətəndaş həlak olub. Azərbaycan 5 mart terror aktı ilə bir neçə məqsəd güdür; Dağlıq Qarabağın nümayəndələri ilə gələcək danışıqların dayandırılması və yeni hərbi təxribat üçün lazımi zəmin yaratmaq Bakının planlarına daxildir.

 

Teqlər