Mart 09, 2023 21:16 Asia/Baku
  •  Bakı dini-islami emosiyalardan sui-istifadə etməyə çalışır

Azərbaycan Respublikası Qarabağ məsələsinə dini don geydirməklə, dini-islami emosiyalardan sui-istifadə etməyə çalışır.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan xarici işlər naziri Qahirədə nazirlər səviyyəsində keçirilən ərəb ölkələrinin birlik şurasının 159-cu yığıncağında çıxış edib.

Ararat Mirzoyan söyləyib: Ermənistan güc və təhdiddən istifadəni kəskin tərzdə rədd edir və qonşuları ilə konstruktiv mövqedən müzakirə aparmağa çalışır. Ermənistan bütün həll olunmamış məsələlərin ədalətli diplomatik yolunu tapmağa sadiqdir. Belə bir halda,  Azərbaycan Respublikası bizim sədaqətli səylərimizə cavabda öz təəssübkeş və hücumçu hərəkətləri, nifrətyayma və ksenofob ritorikalarını davam etdirir.

Mirzoyan çıxışına belə davam edib: Təəssüflər olsun ki, bizim qonşumuz- Azərbaycan Respublikası/ Ermənistanın nümayəndəsi olmayan təşkilatlar xüsusiyyət təşkil etməklə müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Azərbaycan Respublikası  əlaqələrinin sahmana salınması prosesi haqda ardıcıl şəkildə pozğun bir təsvir təqdim edir və onlara dini don geydirib, dini-islami emosiyalardan sui-istifadə etməyə çalışır.

Ermənistan xarici işlər naziri sonda deyib: Biz Bakının bu kimi əbəs səylərinin rədd ediləcəyi və onun bizimlə dost olan ərəb ölkələrini dini ixtilaflar meydanına çəkməyəcəyinə ümid edirik.

 

Teqlər