May 03, 2023 11:37 Asia/Baku
  • Adam Şiff: “ABŞ Artsaxın müstəqilliyini tanımalıdır”

Amerika Birləşmiş Ştatları Konqresində erməni məsələləri üzrə qrupun sədri, Nümayəndələr Palatasının üzvü növbəti dəfə Qarabağ ermənilərinin müdafiəsinə qalxıb.

SəhərAzəri-nin məlumatına görə, Adam Şiff deyib: “ABŞ Artsaxın müstəqilliyini və öz müqəddəratını təyinetmə hüququnu tanımalı və Azərbaycanı maliyyələşdirməyi dayandırmalıdır.”

O həmçinin Azərbaycan hakimiyyətinin ünvanına çox sərt ifadələr işlədib. “Bakı hərbi cinayətlərinə görə mükafatlandırılmamalı, sanksiyalara məruz qalmalıdır”, – deyərək Şiff əlavə edib.

 

Teqlər